Avropada COVID-19 pandemiyası üzrə aşağı ölüm göstəricisi olan ölkələr

25 Noyabr 2020 07:07

Avropada COVID-19 pandemiyası üzrə aşağı ölüm göstəricisinə sahib olan ölkələr arasında Estoniya da yer alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına əsasən yayılıb.

Hesabatda ötən ayın sonuna Aİ ölkələrində COVID-19 pandemiyası üzrə ölüm hallarına dair rəqəmlər ümumiləşdirilib.

Bildirilib ki, Avropada COVID-19 pandemiyası üzrə aşağı ölüm göstəricisi İslandiyada, Latviyada, Slovakiyada, Norveçdə, Estoniyada, Yunanıstanda və Litvada qeydə alınıb.

Yeni koronavirus üzrə ən yüksək ölüm göstərici isə Belçikada, İspaniyada, Böyük Britaniyada, İtaliyada, İsveçdə və Fransada qeydə alınıb.

Milli.Az