Biz niyə kökəlirik və ya nələr maddələr mübadiləsinin pozulmasına səbəb olur?

26 Noyabr 2020 08:55

Qəbul etdiyimiz hər bir qida orqanizmdə enerjiyə çevrilir və artıq olanı piy toxumasına çevrilir. Bu səbəbdən də maddələr mübadiləsinin pozulması artıq piyin bədəndə toplanmasına səbəb olur və kökəlmə ilə nəticələnir. Mübadilənin normal getməsi zamani isə insan lazım olan qədər yemək yediyinə baxmayaraq artıq çəkiyə sahib olmur və normal bədən quruluşuna sahib olur.
Yaşanan həyat tərzi, stresslər, genetik meyillilik, fiziki aktiv həyat keçirməmək, endokrin xəstəliklər orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Ən cox da günün əksər hissəsini evdə keçirən adamlarda maddələr mübadiləsi daha zəif gedir və arıqlamaq mümkün olmur. Bunun səbəbi isə qəbul edilən enerjinin sərfiyyatının az olmasıdır.Bu səbəbdən də aktiv həyat keçirməyən adamlar daima enerjilərini nəzarət altında saxlamalıdır. Kalorili qidaların qəbulu və azhərəkətlilik piy toxumasının orqanizmdə depolanıb yığılmasına səbəb olur. Bunun baş verməməsi üçün isə gündəlik qəbul edilən qidanı 5-6 hissəyə bölmək və səhər yeməyini yuxudan durduqdan 30-50 dəqiqə sonra yemək lazımdır. Mütəxəssislər aşağıdakı qidaların maddələr mübadiləsini sürətləndirdiyini söyləyirlər:
* qreyfurt
* yaşıl çay
* qatıq
* badam
* yaşıl alma
* ispanaq
* brokkoli kələmi
* darçın
* süd
* buğda kəpəyi
* hind quşu əti
Kalsiumla zəngin tərəvəzlər, kofe, yüngül şorbalar, kəskin qidalar və yağsız ağartı məhsulları da maddələr mübadiləsini sürətləndirir.
Metobolozmi sürətləndirmək və arıqlamaq üçün nə etmək lazımdır?
Arıqlamaq üçün mütəxəssislər qida rosionundan yağları və karbohidratları tamamilə xaric etməyi məsləhət bilmirlər. Çünki onların qidadan uzun müddət çıxarılması böyrəklər və qara ciyərdə müxtəlif problemlərə səbəb olur. Çünki karbohidratlar orqanizmdə bütün orqanların fəaliyyəti üçün vacib sayılır.
Arıqlamaq məqsədilə qida rasionundan yağların da tamamilə çıxarılması düzgün hesab edilmir.Çünki,orqanizm üçün yağlar lazımdır.Yağların tərkibində olan leptin hormonların fəaliyyətində mühüm rol oynayır.Orqanizmdə maddələr mübadiləsinin sürətlənməsində ən çox Omeqa-3 yağı rol oynayır. Omeqa-3 yağı isə ən çox dəniz məhsullarında, zeytunda, qara zirə yağında, qoz yağında olur.
Qida qəbulu zamanı acı qidalardan istifadə etmək qidaların bağırsaqlardan sorulmasını sürətləndirir. Bu qidalara isə istiot, acı bibər, pul bibər, zəncəfil və s. aiddir. Qidalanma zamanı müxtəlif şirələrin, kompotların qəbulu da lazımdır, amma bunların tərkibi qidaların həzmə getməsini ləngidə bilir.Bu isə orqanizmdə su-duz mübadiləsinin pozulmasına səbəb olur. Bu səbəbdən də mütəxəssislər təmiz su içilməsini tövsiyə edirlər.

Milli.Az