Zelenski koronavirusdan sağaldığını belə açıqladı - VİDEO

24 Noyabr 2020 14:08

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusa qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı instaqram səhifəsində məlumat yayıb. O, hesabında video paylaşaraq sonuncu "COVID-19" testinin neqativ çıxdığını açıqlayıb:

"Nəhayət ki, koronavirus testim mənfi çıxdı. Hərarətim 36,6-dır. Çox sevincliyəm, çünki testim neqativdir. Artıq iş başındayam. Yorğun bir gün olacaq, amma xoşbəxtəm".

Qeyd edək ki, Zelenskinin 9 noyabrda virusa yoluxduğu məlum olmuşdu. O, müalicə üçün xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az