Pandemiya latviyalıların 44 faizinin və bütün Aİ ölkələrinin əhalisinin isə 39 faizinin gəlirlərinə təsir edib

25 Noyabr 2020 02:30

COVID-19 pandemiyası hazırda latviyalıların 44 faizinin və ümumilikdə Avropa İttifaqı (Aİ) ölkələrinin əhalisinin 39 faizinin gəlirlərinə təsir edib. Latviya sakinlərinin 29 faizi isə yaxın gələcəkdə onları xoşagəlməz maliyyə xəbərlərinin gözlədiyini ehtimal edir (Avropa isə əhalinin 27 faizi).

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Avropa Komissiyası apardığı sorğunun nəticələrinə əsasən yayılıb. Sorğu bütün Avropa İttifaqı ölkələrində aparılıb.

Bildirilir ki, böhran daha çox gənclərə və uşaqlı ailələrə təsir edib. 16-34 yaşarası avropa sakinlərinin artıq 64 faizi pandemiya səbəbindən maddi çətinliklərlə üzləşib, uşaqlı respondetlərin 27 faizi isə vəsaitlərini vaxtından əvvəl xərcləmək məcburiyyətində qaldıqlarını etiraf ediblər.

Avropa Komissiyasının sorğusunda iştirak edən latviyalıların əksəriyyəti (52 faizi) pandemiya ilə mübarizədə iqtisadiyyatın bərpasını və sahibkarlar üçün yeni imkanların yaradılmasını başlıca prioritet adlandırıblar. Respondentlərin 51 faizi bu məsələdə səhiyyə sistemini, 47 faizi isə əmək məşğuliyyəti və sosial sahəni vacib hesab edib.

Milli.Az