Şamaxıda ağır qəza: xəstəxana işçiləri həlak oldu

24 Noyabr 2020 10:49

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub. 

Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az