Rusiyada müdafiə sənayesi zavodunda partlayış: ölən var

24 Noyabr 2020 11:39

Rusiyanın Başqırdıstan respublikasında sənaye partlayıcı maddələri istehsalı zavodunda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yanıq xəsarətləri alıb.

Partlayış Sterlitamak şəhərində "Avanqard" zavodunda qeydə alınıb. Bu zavod neft-qaz sahəsi üçün partlayıcı maddələr istehsal etməklə yanaşı, Rusiya Müdafiə Nazirliyi üçün də partlayıcılar buraxır. Bundan əlavə zavodda yaylım atəşli raket sistemlərinin sursatları məhv edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az