Şəkidə evdə partlayış oldu: 2 yaralı var

24 Noyabr 2020 09:45

Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 24 m² olan bir otağın lambirindən ibarət tavanı və içərisində ev əşyaları yanıb. Partlayış dalğasının təsirindən evin dam örtüyü qismən çöküb, pəncərə çərçivələri yerindən çıxıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az