“General Motors” 6 milyona yaxın avtomobili geri çağırır

24 Noyabr 2020 09:11

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi hava yastığı problemləri səbəbindən "General Motors"a məxsus 6 milyona yaxın avtomobilin geri çağırılacağını elan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən hərtərəfli təhlili aparılıb və bu qənaətə gəlinib ki, hava yastıqları yüksək temperatura və ya rütubətə məruz qaldıqda partlama riski böyükdür. 

Bununla bağlı avtomobil sahiblərinə bir aylıq müddət verilib.

Qeyd edək ki, geri çağırılacaq avtomobillərin ("Cadillac Escalade", "Cadillac Escalade ESV", "Cadillac Escalade EXT", "Chevrolet Avalanche", "Chevrolet Silverado 1500", "Chevrolet Silverado 2500/3500", "Chevrolet Suburban", "Chevrolet Tahoe", "GMC Sierra 1500", "GMC Sierra 2500/00", "GMC Yukon XL") istehsal tarixi 2007-2014-cü illəri əhatə edir. 

Milli.Az