Zaqatalada yaşayış binasında yanğın olub

24 Noyabr 2020 08:03

Zaqatala rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 10 m² sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az