Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib

23 Noyabr 2020 23:15

Onlayn şahmat üzrə "Skilling Open" turniri çərçivəsində Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ağ fiqurlarla oynayan Teymur Rəcəbov prinsipial görüşdə qələbə qazanıb.

Bununla da Azərbaycan qrossmeysteri 7 turdan sonra xal hesabını 3,5-ə çatdırıb.

Milli.Az