Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

23 Noyabr 2020 18:43

Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

Milli.Az APA-ya istinadən bildirir ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Milli.Az