Tramp G20 zirvəsi zamanı qolf oynamağa getdi - VİDEO

23 Noyabr 2020 20:46

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin sədrliyi ilə keçirilən G20 Liderlər Zirvəsindən tez ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkə lideri G20-yə üzv olan ölkə rəhbərlərinin Amerikadakı seçkilər barədə çıxışından sonra toplantını tərk edib.

Məlum olub ki, Tramp liderlərin çıxış etdiyi zaman Ağ Evdən ayrılaraq qolf oynamağa gedib.

Qeyd edək ki, Trampın 3 noyabrda baş tutan Prezident seçkilərinin nəticələri açıqlanarkən də qol oynamağa getdiyi iddia olunmuşdu.

Milli.Az