Milli komandanın sabiq futbolçusu qəzada öldü

23 Noyabr 2020 16:58

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Anele Nqtsonqtsa vəfat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi avtomobil qəzası nəticəsində həyatını itirib. Bədbəxt hadisə Kvazulu-Natalda baş verib. Hadisə nəticəsində sabiq futbolçunun həyat yoldaşı da xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

33 yaşlı mərhum futbolçu CAR millisində 52 oyunda çıxış edib.

Milli.Az