“Qarabağ”ın son ev oyununun stadionu dəqiqləşdi

23 Noyabr 2020 16:15

Avropa Liqasının V turunda keçiriləcək "Qarabağ" - "Makkabi" (İsrail) matçının yeri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Azərbaycan çempionunun bu oyunu da Türkiyədə baş tutacaq.

UEFA dekabrın 3-dəki görüşün İstanbulda keçirilməsini qərara alıb. Qrupda "Vilyarreal"ı (İspaniya) "Başakşəhər Fatih Terim" stadionunda qəbul edən, həmçinin "Sivasspor"la (Türkiyə) eyni arenada oynayacaq  Qurban Qurbanovun yetirmələri Təl-Əviv təmsilçisi ilə də bu arenada üz-üzə gələcək.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Qarabağ" - "Makkabi" oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Milli.Az