Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib

23 Noyabr 2020 15:11

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Məcəllənin əmlakın siyahıya alınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə əlavə edilib.

Bu əlavə markalanmış əmlaklarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış əmlakların da siyahıya alınması qaydasını müəyyən edir.

Milli.Az