Pilotsuz helikopter sınandı - FOTO
9 Yanvar 2012 11:04
Milli.Az "Flightglobal"a istinadən bildirir ki, helikopter "Kaman Aerospace" və "Lockheed Martin" konsernlərinin birgə istehsalıdır.
"Lockheed Martin" təmsilçisinin dediyinə görə, "Kaman K-1200" sinxrokopterinin bazasında hazırlanmış bu dron ABŞ hərbi-dəniz piyadalarının birləşmələrinin təminatı ilə bağlı tapşırıqları uğurla yerinə yetirir.
Pilotsuz helikopter 2,7 tonluq yükü 500 kilometrə qədər məsafəyə daşıyır, 185 km/saat sürətlə hərəkət edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: AP