FHN işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

23 Noyabr 2020 12:35

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

Milli.Az