Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb

23 Noyabr 2020 14:58

Azərbaycanda banan bitkisi yetişdirilir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.

O bildirib ki, həmin bitki təcrübə üçün istixanalarda yetişdirilsə də, hələlik kütləviləşdirilməyib: "Əsasən istixanalarda təcrübə üçün sahibkarlar yetişdirir. Təcrübə məqsədli olduğundan hər istixanaya bir və ya iki banan əkilib. Amma hələ ki bu bitkinin kütləvi əkilməsi planlaşdırılmayıb".

Milli.Az