Bakıda yol qəzası tıxaca səbəb oldu - Avtobuslar gecikir - FOTO

23 Noyabr 2020 11:32

Bakda daha bir yol qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, qəza bir qədər əvvəl Ziya Bünyadov prospektində baş verib:

"Bu səbəbdən də hazırda Z.Bünyadov prospektində Olimpiya stadionunun qarşısından başlayaraq "20 Yanvar" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən bu istiqamətdə ekspress və müntəzəm xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur".

Milli.Az