"Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir" - Erməni siyasətçi

23 Noyabr 2020 11:18

Biabırçı kapitulyasiyadan sonra bizə heç kim hörmət etmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın müxalif "Respublika" partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, bu sənəddən sonra bütün dünyanın Ermənistana yazığı gəlir:

"Biz ayağa qalxa bilərik, amma bunun üçün ilk addım hazırkı xuntanı aradan qaldırmaqdır. Əks halda biz geosiyasi appendisitə çevriləcəyik".

Milli.Az