Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun gününə bir görüş keçiriləcək. "Sabah" öz meydanında "Səbail"lə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl noyabrın 21-nə nəzərdə tutulan oyun qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınmışdı.
23 noyabr
Azərbaycan Premyer Liqası, 10-cu tur
16:00. "Sabah" - "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Bank Respublika Arena
21 noyabr
"Qarabağ" - "Sumqayıt" - 6:1
22 noyabr (bazar)
"Zirə" - "Keşlə" - 3:1
"Qəbələ" - "Neftçi" - 1:4
Milli.Az