"Barselona"da daha bir ciddi itki

23 Noyabr 2020 03:30

"Barselona" daha bir ciddi itki ilə üzləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxi Roberto zədələnib.

O, İspaniya La Liqasının 10-cu turunda Madrid "Atletiko"suna 0:1 hesabıyla məğlub olduqları oyunda sıradan çıxıb.
 
Artıq Roberto ətraflı müayinədən keçib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, sağ ayaq əzələsindən zədə alan futbolçunun durumu ciddidir və o, iki aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.
 
Serxi Roberto bu mövsüm 10 oyunda meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 1 qolla yadda qalıb.
 
Xatırladaq ki, "Barselona" "Atletiko" ilə oyunda müdafiəçi Jerar Pikeni də itirib. Kataloniya təmsilçisi onun bərpa müddətini açıqlamasa da, təcrübəli futbolçunun təxminən 4-6 ay futbol oynaya bilməyəcəyi iddia olunur.

Milli.Az