Nəbiyevli "Viktoriya"dan inamlı qələbə

23 Noyabr 2020 01:30

Futbol üzrə Çexiya 2-ci divizionunda 8-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Lisen"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
8 turdan sonra 15 xala malik "Viktoriya" 2-ci pillədə qərarlaşıb.

Milli.Az