Bayden administrasiyasındakı əsas vəzifələrə təyinatları 24 noyabrda elan edəcək

22 Noyabr 2020 23:50

Demokrat Cozef Bayden gələcək rəhbərliyindəki əsas təyinatlarını 24 noyabrda elan edəcək.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bunu Baydenin Ağ Ev aparatının rəhbəri təyin etdiyi Ron Klayn açıqlayıb.

"Əgər konkret şöbələrə kimin rəhbərlik edəcəyini bilmək istəyirsinizsə, seçilmiş prezidentin noyabrın 24-ə onların adlarının verəcəyini gözləməlisiniz" - Klayn deyib.

Yeni aparat rəhbərindən demokratlar liderinin keçid komandasının administrasiyanın ümumi işlər idarəsini Baydenin ABŞ-dakı qələbəsini qəbul etməsinə məcbur etmək üçün hansı təsir gücünə sahib olduğu soruşularkın bildirib: "İşlərin qəbulu prosesinin yalnız bir hissəsinə nəzarət edirik. Ağ Ev və Kabinetin işçilərini seçirik, siyasi kursun formalaşdırılması üçün planlar hazırlayırıq, yüksək səviyyəli görüşlər keçiririk".

Milli.Az