Məşhur idman şərhçisi arıqlamağın sirrlərini AÇIQLADI

22 Noyabr 2020 23:30

Məşhur idman şərhçisi Maykl Kol 30 kiloqram arıqlamağının sirrini açıb.

Milli.Az xəbər verir ki, bunun üçün məşqçiyə bir il vaxt lazım olub.

Kol kilo vermək üçün pivədən imtina etməli olduğunu qeyd edib. O, pivənin çox kalorili bir içki olduğunu deyib. Bundan əlavə, Kol alkoqolun ümumiyyətlə orqanizmin vəziyyətini pisləşdirdiyini bildirib.

Bundan əlavə, Maykl xüsusi bir pəhriz saxlamadığını da vurğulayıb. O, bildirib ki, qidalanmada özünü çox məhdudlaşdırmayıb. Jurnalist gündə altı dəfə qidalandığını və istehlak edilən karbohidrat miqdarını məhdudlaşdırmağa çalışdığını vurğulayıb.

Şərhçi həftədə iki-üç dəfə idmanla məşğul olduğunu da bildirib. (ölkə.az)

Milli.Az