Türkiyədə koronavirusa yoluxanların sayı 446 mini keçib

22 Noyabr 2020 21:10

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 139 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 358 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 017 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 446 822 nəfərə çatıb.

Milli.Az