Yaponiyada COVID-19-a yoluxma sayı rekord həddə çatıb

22 Noyabr 2020 20:45

Yaponiyada noyabrın 22-nə olan son məlumata görə, ölkədə COVID-19-a rekord səviyyədə yoluxma halı qeydə alınıb - 2596 nəfər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin altı prefekturasında koronavirusdan 12 nəfər həyatını itirib.

Səhiyyə Nazirliyinin nümayəndəsinin məlumatına görə, hazırda ağır vəziyyətdə olan 313 nəfər respirator və intensiv terapiya müalicəsi alır.

Ötən gün paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb - 539 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 500 nəfəri ötür. Paytaxt prefekturasında koronavirusa yoluxanların ümumi sayı 37 min 317 nəfərdir.

Ümumilikdə indiyədək Yaponiyada koronavirusa 131 min 663 nəfər yoluxub, 1994 nəfər isə bu virusun qurbanı olub.

Milli.Az