Əgər Peyğəmbər (s) yazıb-oxumağı bacarmırdısa...

29 Noyabr 2020 23:20

Əgər Həzrət Mühəmməd Peyğəmbər (s) yazıb-oxumağı bacarmırdısa, onun buyurduğu "mən elmin şəhəriyəm, Əli onun qapısıdır" hədisinin mənası nədir?

Müsəlmanların əqidəsinə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) bütün cəhətlərdən günahsız və nöqsansız olub. Buna "məsumluq" deyirlər. Məsumluq xüsusiyyətinə görə, Peyğəmbərimiz (s) bütün insanlardan daha savadlı və bilikli olub, onu bilikdə üstələyən heç kimsə olmayıb və olmayacaq. Peyğəmbərin (s) biliyi sonradan əldə edilmiş (kəsbi) deyil, yəni həzrət öz elmini müəllimdən öyrənməyib. Peyğəmbərin (s) elmi "lədünni" idi, yəni fitrətən Allah tərəfindən ona verilmişdi. Ona görə də o həzrət özünü elm şəhəri adlandırmışdır. Peyğəmbərimiz (s) həm dini, həm də dünyəvi elmlərdə bəşəriyyətin ən üstünü idi, insanın biləcəyi hər şey ona məlum idi. Allah tərəfindən ötürülən elmin yazıb-oxumağa aidiyyatı yoxdur.

Bunu da qeyd edək ki, bəzi məlumatlara görə, Həzrət Mühəmməd Peyğəmbər (s) yazıb-oxumağı da bacarırdı, o həzrətə aid edilən və adətən "yazıb-oxumaq bacarmayan" kimi izah olunan "ümmi" ləqəbinin mənası isə fərqli şəkillərdə də şərh olunur.

Milli.Az