İnsan bəzi xeyir işlər görüb, savabını başqasına hədiyyə edə bilərmi?

29 Noyabr 2020 21:20

İnsan bəzi xeyir işlər görüb, savabını başqasına hədiyyə edə bilərmi? Savabı həm diri, həm də ölü şəxsə hədiyyə etmək olarmı?

İnsan öz xeyir əməllərinin savabı ilə istədiyi kimi rəftar edə bilər. Yəni bu savabları başqasına hədiyyə etmək də olar. Hədiyyə edilən şəxsin kim olması fərq etməz. Savabların hədiyyəsini dosta, qohuma, valideynə bağışlamaq mümkündür. Dünyasını dəyişmiş şəxsə də savab hədiyyə etmək olar. Doğrudur, insan vəfat etdikdən sonra öz əməl dəftəri bağlanır. Artıq onun bədəni olmadığı üçün nə ibadət edə, nə də xeyir iş görə bilir. Yalnız sağlığında həyata keçirdiyi və təsiri hələ də davam edən əməllərə görə aldığı savablar davam edir. (məsələn, yazdığı kitabdan istifadə olunursa, qazıdığı quyu, tikdirdiyi məscid və ya xəstəxana insanlara fayda verirsə və s.). Amma başqalarının ona hədiyyə etdiyi savablardan da ölüyə pay düşür. Qeyd edək ki, insan öz savablarını başqasına hədiyyə etdikdə özü də savabsız qalmır. Etdiyi yaxşılıq onun öz əməl dəftərinə də yazılır.

Milli.Az