Premyer Liqa klubunda yeni müqavilə

22 Noyabr 2020 21:00

"Sauthempton" klubu yarımmüdafiəçisi Oriol Romeu ilə müqavilənin müddətini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 29 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Əvvəlki müqavilənin müddəti bu ilin sonunda bitəcəkdi.

Milli.Az