Simeoneli "Atletiko"dan ilk

22 Noyabr 2020 20:50

Futbol üzrə İspaniya La Liqasının 10-cu turunda "Barselona" ilə keçirilən oyun "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, argentinalı mütəxəssis komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə tilsimi qırıb.

Bu, Simeonenin ölkə çempionatında "Barselona" üzərində ilk qələbəsi kimi tarixə düşüb. Dünənki qarşılaşmaya qədər madridlilər onun rəhbərliyi altında Kataloniya təmsilçisinə qarşı keçirdiyi 17 oyunun 11-də məğlub olub, 6-da heç-heçə edib.
 
Qeyd edək ki, hazırda "Atletiko" 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. "Barselona" isə (11 xal) 10-ci yerdədir.

Milli.Az