“Nə oldu bəs, Ağdam, Füzuli sizin idi?” - Nərgiz Cəlilova ermənilərə səsləndi

22 Noyabr 2020 18:50

Göz yaşı selində qarışır hisslər. Unutmadıq, elə ona görə də qalib gəldik. Lakin sakitləşmək olmaz.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqram hesabında yazıb. Aparıcı qələbə sevincini izləyiciləri ilə böşülüb:

"Mübarizəmiz, vətənə sadiqliyimiz, yaxşı əməllərimiz, dürüstlüyümüzlə, bir-birimizə sevgi və qayğımızla, gücümüz, birliyimizlə davam etsin. Bu, gəlişigözəl sözlər deyil. Bu, uzun illər arzuladığımız, ehtiyac duyduğumuz qalibiyyət hissinin təzahürüdür.
Nə oldu bəs, Ağdam, Füzuli sizin idi? Sən bunlarda iştaha bax... Xəyalları qursağında qalan aciz millət. Biz çox ağlamışıq, indi siz ağlayın. Özgənin torpaqlarını işğal etməyin nə olduğunu anlayın ki, bir də bunu etməyəsiniz".

Milli.Az