Fələstin İsraillə sülh planından imtina etdi

22 Noyabr 2020 18:38

Fələstin rəhbərliyi ABŞ radministrasiyası tərəfindən təklif olunan İsraillə sülh planından imtina etdi.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo "Əl-Hadat" telekanalına verdiyi müsahibəsində deyib.

"Biz fələstinliləri İsraillə sülh bağlamağa inandırmağa çalışdıq, lakin Fələstin rəhbərliyi Vaşinqtonun planından imtina etdi", - Pompeo qeyd edib.

Milli.Az