Kraliçanın hədiyyəsini başqasına verdilər

22 Noyabr 2020 16:20

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl onlara hədiyyə edilən evi başqasına veriblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl saraydan ayrılan cütlük kraliça 2-ci Elizabetin onlara toy hədiyyəsi olaraq verdiyi evi şahzadə Yuciniyə bağışlayıblar. İkili milyonlarla dollar sərf edərək restavrasiya etirdikləri böyük malikanədən əşyalarını da aldırıb. Onlar ev əşyalarının hamısını Santa Barbradan aldıqları evə daşıtdırblar. Bu xəbər Harri və Meqan cütlüyün heç bir zaman saraya qayıtmayacağını bir daha təsdiq edib.

Qeyd edək ki, Harrinin evini bağışladığı Yucini onun əmisi qızıdır.

Milli.Az