Dünyanın ən etibarlı avtomobilləri - TOP-5

24 Noyabr 2020 23:20

ABŞ-ın Consumer Reports nəşrinin versiyasına görə, Mazda ən etibarlı avtomobillərin reytinqində birinci olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, siyahı avtomobil istehsalçılarının bütün modellərinin etibarlılıqları nəzərə alınaraq təşkil edilib.

Tədqiqatın gedişatında 2000-2020 buraxılış ilinə malik 330 min avtomobilin sahibinin rəyi soruşulub. Respondentlərdən, həmçinin son 1 il ərzində avtomobillərlə bağlı problemlər haqqında rəy öyrənilib. Ballar avtomobillərin markalarına alınmış cavablar əsasında verilib.

Siyahıda ikinci yerdə Toyota, üçüncü yerdə Lexus qərarlaşıb.

Qeyd edilir ki, "Mazda" rəy sorğusunda 83 bal yığıb və ilk dəfə reytinqin lideri olub.

Ən etibarlı avtomobillərin ilk beşliyinə, həmçinin Buick və Honda markaları daxil olub.

Milli.Az