Çin yeni ticarət qovşağı formalaşdırır - RAZILAŞMA

24 Noyabr 2020 22:20

Çin dünyanın ən böyük azad ticarət razılaşmasını imzalayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, RCEP adlanan zona 15 ölkəni əhatə edəcək.

Məlumata əsasən, sözügedən razılaşma ölkələrin sənaye malları istehsalında hissələri də bir-birindən almağa kömək edir. Orada 2.3 milyard insan çalışa biləcək.

RCEP-ə Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Bruney, Vyetnam, Kamboca, Tailand, Malayziya, Sinqapur, İndoneziya və s. ölkələr daxildir. Sadalanan ölkələr arasında investisiya və malların rahat hərəkətinə şərait yaranacaq.

Milli.Az