İranda daha 475 nəfər koronavirusdan öldü

22 Noyabr 2020 16:27

İranda indiyədək 603 445 nəfər koronavirusdan (COVID 19) sağalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, ötən sutka ərzində İranda 475 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 44 802 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 053 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 854 361 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 796 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5,78 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.

Milli.Az