Pike 6 ay oynamaya bilər

22 Noyabr 2020 16:07

"Barselona"nın ötən gün La Liqanın 10-cu turunda "Atletiko" ilə matçda (0:1) zədələnən futbolçusu Jerar Pikenin durumuna aydınlıq gəlib.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin əməliyyat edilməsinə ehtiyac olmasa, o, təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

İspaniyalı oyunçu əməliyyat olunacağı təqdirdə 2-6 ay müddətində komandasına kömək edə bilməyəcək.

Pikenin əməliyyat edilib-edilməyəcəyi isə dəqiq tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Pike sözügedən oyunun 62-ci dəqiqəsində əvəzlənərək, meydanı göz yaşları ilə tərk etmişdi.

Milli.Az