Muazzez Ersoy üsyan etdi - FOTO

22 Noyabr 2020 15:35

2000-ci ildə türkiyəli müğənni Muazzez Ersoyun təşəbbüsü və yardımları ilə inşa olunan leykoz xəstəxanasının adı dəyişdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bununla bağlı narazılığını sosial şəbəkədə qeyd edib:

"Xəstəxana üçün Ankarada yerləşən evimi hədiyyə etdim. Yardım məqsədi ilə konsertlər verdim. Vəzifəli şəxslərdən yardım topladım. Xəstəxana ilk dəfə açılanda "Muazzez Ersoy Lösemili Çocuklar Hastanesi" olaraq açıldı. İndi isə adı dəyişdirilir. Sanki bunları mən etməmişəm, bu məni kədərləndirir. Əmək verilibsə, ad qoyulubsa, dəyişdirilməli olduğunu düşünmürəm. Ya qoyulmayacaqdı, ya da dəyişdirilməyəcəkdi".

Milli.Az