ABŞ-da bəzi “korona xəstələri” “Tramp kokteyli” ilə müalicə olunacaq

22 Noyabr 2020 15:28

ABŞ-da bəzi koronavirus xəstələrinin Prezident Donald Trampın xəstəlik zamanı qəbul etdiyi "Regeneron Pharmaceuticals" biotexnologiya şirkətinin hazırladığı REGN-COV2 anticisim "kokteyli" ilə müalicəsinə icazə verilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ-ın Qida və Dərman İdarəsindən (FDA) bildirilib ki, sözügedən vasitə yalnız fövqəladə hallarda xəstəliyi yüngül və orta şəkildə keçirən xəstələrdə istifadə olunacaq.

Oskigen terapiyası və ya xəstəliyi ağır şəkildə keçirələnlər üçün sözügedən "kokteyl" istifadə edilməyəcək.

Milli.Az