"Harry Potter"in yataqxanası istifadəyə verildi

22 Noyabr 2020 14:43

Harry Potterin pərəstişkarları üçün İngiltərədə "Qriffindor" yataqxanasının otağına bənzər nömrələr istifadəyə verilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "North Shire" fermasında yerləşən yataqxana Harri ilə dostu Ron Uizlinin yaşadığı otağın dizaynına uyğun hazırlanıb.

"The Dorm" adlı məkanda tək nəfərlik 6 çarpayı, qırmızı məxmər pərdələr və vanna otağı var.  

Belə bir otaqda gecələmək isə müştəriyə 50 funt sterlinqə başa gəlir.

Qeyd edək ki, sözügedən məkanda COVID-19-la bağlı epidemioloji qaydalara riayət etmək üçün bütün lazımi tədbirlər görülüb.

Milli.Az