Ermənistanda koronavirusdan daha 21 nəfər öldü

22 Noyabr 2020 13:05

Ermənistanda ötən sutka ərzində daha 1385 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, sutka ərzində COVİD-19-a yoluxmuş 21 nəfər vəfat edib.

Bununla da Ermənistanda koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1952 nəfərə çatıb. Koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı isə ümumilikdə 501 nəfərdir.

Milli.Az