"Gürcü Arzusu" qalibdir

22 Noyabr 2020 11:47

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci turun qalibi hakim "Gürcü Arzusu" partiyası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 birmandatlı dairə üzrə  ötən gün keçirilən seçkilərdə bütün dairələrdə hakim partiyanın qalib gəldiyini açıqlayıb.

Bununla da ilk turda 74 mandat (61 proporsional, 13 majoritar)  əldə edən "Gürcü Arzusu"  partiyası ümumilikdə 91 parlament yeri qazanıb və təkbaşına hökümət formalaşdırmaq hüuşququ əldə edib.

Qeyd edək ki, ilk turda parlamentə daxil olan digər 8 müxalif partiya seçkilərin ikinci turda iştirak etməkdən və ilk turda qazandıqları parlament yerlərindən imtina etdiklərini açıqlayıb. Seçkilərin ikinici turda müxalifətin boykotu fonunda baş tutsa da, yerli qanunvericiliyə əsasən, ilk raundda iştirak edən namizədlərin ikinci turda iştirakdan imtina etmək hüququ yoxdur. Bu səbəbdən ötən gün səsvermə bülletenlərində müxalif namizədlərin adları da yer alıb.

Milli.Az