Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb - FOTO

22 Noyabr 2020 10:23

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.

Milli.Az