Bərdədə "Opel" yandı

22 Noyabr 2020 10:42

Bərdə rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Kərimbəyli kəndində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az