Daşkəsəndə ev yanıb

22 Noyabr 2020 09:24

Daşkəsən rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Zağalı kəndində ümumi sahəsi 432 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Milli.Az