Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri darmadağın edib - Türkiyənin Milli Müdafiə Nazirliyi - VİDEO

22 Noyabr 2020 08:45

Mülki yaşayış məntəqələrini ballistik raketlərlə hədəf alan Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri darmadağın edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Mülki yaşayış məntəqələrini ballistik raketlərlə hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri darmadağın edib. Şəhər məscidindəki ilk azanla Ağdamı yaşanacaq bir yer halına gətirmək üzrə səylər də yenidən başlayıb".

Milli.Az