Xorvatiyada dəhşətli qəza: 4 ölü, 5 yaralı

22 Noyabr 2020 09:00

Xorvatiyada yük maşını mikroavtobusla toqquşub, qəza ölkənin paytaxtı Zaqrebdən 19 kilometr aralıda baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, yük maşını yolun kənarında dayanan mikroavtobusa çırpılıb. Qəza zamanı mikroavtobusda 9 sərnişin olub.

Qəza ilə əlaqədar araşdırma aparılır.

Milli.Az