"Yuventus"un zədəli futbolçusu sıraya döndü

22 Noyabr 2020 07:00

"Yuventus"un zədəli futbolçularından biri - Matteys De Liqt sıraya dönüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Niderlandlı müdafiəçi artıq komanda ilə birgə məşqlərə qatılır. Onun növbəti oyunlarda meydana çıxması gözlənilir.

Xatırladaq ki, De Liqt zədə səbəbindən əməliyyat olunmuşdu və təxminən 3 ay idi komandasına kömək edə bilmirdi.

Qeyd edək ki, "Yuventus"un heyətində Corco Kyellini ilə Aaron Remzi də son vaxtlar zədə səbəbindən komandaya kömək bilmir.

Milli.Az