"Real"ın futbolçusu koronavirusa yoluxdu

22 Noyabr 2020 05:30

"Real Madrid"in hücumçusu Luka Yoviç koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçudan noyabrın 20-də götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb və bir müddət komandadan ayrı qalacaq.

"Real"da son olaraq Eden Hazard və Eder Militaonun koronavirusa yoluxduğu və sağaldığı açıqlanmışdı.

Milli.Az